Nəsimi rayonunda 48 yaşlı qadını avtomobil vurub

12
Mar
09:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda 48 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1976-cı il təvəllüdlü Tünzalə Rafiq qızı Əliyeva yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.