Mərkəzləri İstanbul, Muğla və İzmir olan beş vilayətdə keçirilən əməliyyatlarda üç ayrı mütəşəkkil cinayət qrupu məhv edilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” sosial şəbəkə hesabında yazıb.
Yerlikaya jandarm tərəfindən təşkil edilən “Mahzen-16” əməliyyatlarında İstanbulda Mahsun Özer (Ehli Keyif), Muğlada Çetin Çağlayan (Çetebeli) və İzmirdə Harun Pehlivanın (Qardaşlar) rəhbərlik etdiyi üç cinayət təşkilatının dağıldığını və 63 şübhəlinin, o cümlədən qruplaşma başçılarının ələ keçirildiyini bildirib.
İstanbul, Muğla ve İzmir merkezli 5️⃣ ilde Jandarma tarafından düzenlenen “MAHZEN-16” operasyonlarında;
— Ali Yerlikaya (@AliYerlikaya) March 21, 2024
❗️İstanbul’da Mahsun Özer’in (Ehli Keyif),
❗️Muğla’da Çetin Çağlayan’ın (Çetebeli),
❗️İzmir’de Harun Pehlivan’ın (Kardeşler) elebaşılığını yaptığı 3️⃣ ayrı Organize Suç Örgütü… pic.twitter.com/SVDW8s2p43