Ermənistan - İran yolu bağlandı - VİDEO

22
Apr
00:54
thumb_down 0

Ermənistan-İran dövlətlərarası “M2” avtomobil yolunun 234-cü kilometrliyində sel baş verib.

Bu barədə Ermənistanın Yol Departamenti məlumat verib.

Nəticədə yolun “Ltsen-Tatev” hissəsi bağlanıb.

Qeyd olunur ki, hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Hazırda ərazinin təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.

Avtomobillərin hərəkəti Tatev-Şinuayr-Qoris-Sisian yolu ilə həyata keçirilir.

Mənbə: Erməni KİV