Şri-Lankada yarış zamanı faciə: Pilot avtomobilini tamaşaçıların üzərinə sürdü - VİDEO

22
Apr
11:18
thumb_down 0

Şri-Lankada keçirilən “Fox Hill Super Cross 2024” yarışı zamanı yarış avtomobili trasdan çıxaraq tamaşaçıların üzərinə gedib.

Faciə nəticəsində azı yeddi nəfər həlak olub, 20 nəfər yaralanıb.

Ölənlər arasında səkkiz yaşlı uşaq və tədbir təşkilatçılarının dörd nümayəndəsi də var. Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

Qəza adanın cənub hissəsində Diyatalava şəhərində baş verib. Hadisə ilə əlaqədar yarışın qalan sessiyaları ləğv edilib.

Mənbə: Championat.com