Ağstafada qəza: Ölən və xəsarət alanlar var - FOTO

1
May
00:18
thumb_down 0

Ağstafada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21099 markalı minik maşını ağaca çırpılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.