Bakıda ağır qəza: Xəsarət alanlar var

3
May
08:36
thumb_down 0

Bakının Nəsimi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Orxan Əbülfəz oğlu Qarayev və onun həmyaşıdları Mirəli Miri oğlu Mahmudzadə, Əli Mehdi oğlu Osmanov xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.