Ekspress avtobuslar Bakıda sərnişindaşıma problemini həll edə biləcəkmi? - RƏSMİ AÇIQLAMA + VİDEO

3
May
21:18
thumb_down 0

Yerüstü Nəqliyyat Agentliyi yeni marşrut şəbəkəsinin tətbiqinə başlayıb.  

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın bəzi qəsəbələrinə xidmət göstərən sərnişin avtobuslarından gedir. Xüsusən də, Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərən bəzi avtobusları nümunə göstərmək olar.

Qurumun mətbuat xidmətinin rəhbəri Tural Orucovun sözlərinə görə, yeni yaradılan şəbəkə paytaxtın rəqəmsal əkizi vasitəsilə simulyasiya edilib ki, nəticədə əldə olunan göstəricilər gözləniləndən daha yaxşı müşahidə olunub.

Bildirilib ki, ilk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək beş yeni marşrut üzrə tətbiqi nəzərdə tutulub.

Ekspress marşrutlar sərnişindaşımaların daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək, xidmət səviyyəsinin yüksəlməsi təmin ediləcək.

Ətraflı süjetdə: