Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

5
May
11:18
thumb_down 0

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.