Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri isə yandırılıb

6
May
11:36
thumb_down 0

Mayın 4-də səhər 5 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.