Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb - VİDEO

8
May
14:00
thumb_down 0

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində və Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində, həmçinin Naxçıvan şəhər 20-ci məhəllə ərazisində bir sıra fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bu barədə FHN-in Mətbuat Xidmətindən seher.media-a məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar ərazilərə nazirliyin müvafiq olaraq Dövlət Yanğından Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikası FHN-in qüvvələri cəlb olunublar.

Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.