Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var - FOTO

11
May
00:18
thumb_down 0

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Təzəkənd kəndi istiqamətində hərəkətdə olan VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və öz yolu ilə hərəkətdə olan VAZ-2106 markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində VAZ-2106 markalı nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayonunun Eçara kənd sakini Fərəməz Fərəcov baş nahiyyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.