Hacıqabulda uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

11
May
01:54
thumb_down 0

Hacıqabul rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 2015-ci il təvəllüdlü M.İ-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birində gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.