Səkkiz aylıq Zeynəbin dəstəyə ehtiyacı var: Müalicə üçün Türkiyəyə yollanmalıdırlar - FOTO

11
May
10:54
thumb_down 0

Səkkiz aylıq Zeynəbin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Aydan Ağayeva məlumat verib.

O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir.

“Zeynəb ötən ilin sentyabr ayında dünyaya gəlib. Hamiləliyim zamanı imkan olmadığı üçün bütün həkim müayinələrindən keçə bilməmişdim. Zeynəb doğulandan sonra isə onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Yaşı az olduğu üçün müalicəsi də çox çətindir”.

Gənc ana övladının müayinəsi üçün Türkiyəyə yollanmaq istədiklərini deyib.

“Zeynəbin analizlərini Türkiyədə yerləşən klinikalardan birinə göndərdik. Həkimlə oraya gəlib, müayinə etdirməyimizin daha yaxşı olacağını bildirdilər. Ora gedib müayinələri keçə bilmək üçün 6 000 manata ehtiyacımız var. Həmin məbləğin 4 500 manatını qohum-qonşunun dəstəyi ilə yığa bilsək də, qalan 1 500 manatı toplamağa imkanımız çatmır. Hazırda əlimdə olan tək dəyərli əşyam qızıllarımdır, onları da bilet almaq üçün satacağam. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (050) 649-47-91.

Express Bank: 4724 9425 2723 6715.