İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib - FOTO

13
May
13:54
thumb_down 0

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Siyavuş Eldar oğlu İsmayılovun meyitinin qalıqları İmişli rayonuna gətirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Şahverdili kəndində ailəsinə təhvil verilib.

Şəhidin nəşi dəfn olunmaq üçün Şahverdili kənd qəbiristanlığına aparılır.