Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO

13
May
17:36
thumb_down 0

Qobustan rayonunun Ərəbşalbaş kənd Sərvər Zahidov adına tam orta məktəbi baxımsız və qəzalı vəziyyətdədir.

Məktəbin qəzalı vəziyyətdə olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Təhsil ocağının sinif otaqlarında video çəkən kənd sakinləri məktəbin şəraitsizliyindən gileyləniblər. Onlar bildiriblər ki, övladlarını qəzalı vəziyyətdə olan bu məktəbə göndərməyə qorxurlar. Valideynlər qeyd ediblər ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq, məsələyə baxılmayıb.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna belə cavab verilib: “Bildiririk ki, Qobustan rayon Ərəbşalbaş kənd tam orta məktəbinin binası 3 korpusdan ibarətdir. Məktəbdə 378 nəfər şagird təhsil alır. Məktəbin binası qəzalı vəziyyətdədir. Binaya tərəfimizdən baxış keçirilib. Yaxın günlərdə məktəb binasının təmir edilməsi və ya yeni binanın tikintisi haqqında qərar veriləcək”.