Xırdalanda sirkə turşusu içən kişi öldü

15
May
12:36
thumb_down 0

Abşeronda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhəri Nizami küçəsində qeydə alınıb. 53 yaşlı Ə.Əkbərov sirkə turşusu içərək zəhərlənib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.