Sumqayıtda qəza: Bir nəfər ölüb - FOTO

16
May
13:54
thumb_down 0

Sumqayıt şəhərində bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda Zülfi Hacıyev küçəsində qeydə alınıb.

“Lada Priora” markalı avtomobilin vurduğu velosipedçi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.