ABŞ-də yeniyetmə çips yeyilməsi müsabiqəsində ölüb - VİDEO

17
May
14:54
thumb_down 0

ABŞ-nin Massaçusets ştatında acılı tortilya çipsinin yeyilməsi müsabiqəsində iştirak edən yeniyetmə məhsulun tərkibindəki çoxlu miqdarda çili bibəri ekstraktı olduğu üçün anadangəlmə ürək qüsurundan ölüb.

Bunu Vuster şəhərindən olan onuncu sinif şagirdi Harris Volobanın meyitinin yarılmasının nəticələri sübut edib.

Baş Tibbi Ekspertiza İdarəsi yarılma hesabatında bildirib ki, Harris çili bibərinə xüsusi acılıq verən komponent - tərkibində yüksək konsentrasiyada kapsaisin olan qida maddəsinin qəbulu nəticəsində ürək və ağciyər tutulmasından vəfat edib.

Məlumatda o da qeyd olunub ki, mərhumun ürəyi böyüyüb və onun anadangəlmə ürək qüsuru olub.

“Mümkündür ki, ürək əhəmiyyətli dərəcədə stimullaşdırıldıqda qan axını qəfil pozulub, bu isə ağır aritmiyaya səbəb ola bilər... Kapsaisinin ürək əzələsinin işemiyasına səbəb olan kəskin toksikliyi barədə məlumatlar mövcuddur”, - deyə Tafts Tibb Mərkəzinin kardiologiya şöbəsinin rəhbəri Ceyms Udelson bildirib.

Mənbə: Associated Press