Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir

17
May
17:54
thumb_down 0

Rusiyanın “Rostex” şirkəti idxal etdiyi “Sukhoi Superjet 100” təyyarəsinin adını “Yakovlev”ə dəyişdirməyi planlaşdırır.

Bu barədə Rusiyanın Yüksək Texnologiyalı Sənaye Məhsullarının İnkişafının, İstehsalının və İxracının Təşviqi üzrə Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov elan edib.

“Bəli, imtina edəcəyik. Hesab edirəm ki, belə də olacaq - “Yakovlev”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “SSJ 100” təyyarəsi “Suxoy mülki təyyarələr” şirkəti tərəfindən hazırlanıb (bu, təyyarənin adında da əks olunub). Daha sonra şirkət “Regional təyyarələr” adlandırılıb və “Yakovlev” PSC-nin filialına çevrilib.