İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib

19
May
11:49
thumb_down 0

İsrail hərbçiləri Fələstinin cənub-şərqindəki Rəfah şəhərində davam edən əməliyyat zamanı 50-yə yaxın terrorçunu məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İDF-nin 401-ci diviziyası Rəfahın şərq kənarında əməliyyatları gücləndirir. Hərbçilər HƏMAS terrorçularının infrastrukturuna qarşı məqsədyönlü reydlər keçirirlər.

Ordunun mətbuat xidmətinin məlumatına görə, bu günə qədər yüzlərlə terrorçu infrastruktur obyekti, o cümlədən silahların istehsal olunduğu yerlər və istifadəyə hazır buraxılış qurğuları məhv edilib.