Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlandı

19
May
15:18
thumb_down 0

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb.

"Report" xəbər verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.

1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti evdə yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.