Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb

19
May
16:18
thumb_down 0

Cəlilabadda yeniyetmə 4 bıçaq xəsarəti alıb.

APA xəbər verir ki, Cəlilabad rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində bıçaqlanıb. Onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurulduğu bildirilir.

Yeniyetmə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.