Zaxarova: "Rusiya Rəisinin içərisində olduğu helikopterin tapılması üçün yardım göstərməyə hazırdır"

20
May
00:36
thumb_down 0

"Rusiya Federasiyası İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterin axtarışı üçün bütün lazımi yardımı göstərməyə hazırdır".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Rusiya itmiş helikopterin axtarışı və insidentin səbəblərinin araşdırılması üçün bütün lazımi yardımı göstərməyə hazırdır", - deyə XİN nümayəndəsi "Telegram" kanalında yazıb.

O qeyd edib ki, Rusiya tərəfi Rəisidən əlavə İranın yüksək rütbəli rəsmilərinin də olduğu helikopterdəki sərnişinlərin taleyi ilə bağlı ortaya çıxan məlumatları diqqətlə izləməkdə davam edir.

Mənbə: mk.ru