Oyunçunun əxlaqsız hərəkəti səbəbindən Türkiyə Basketbol Super Liqasında oyun dayandırıldı - FOTO

20
May
04:36
thumb_down 0

"Qalatasaray"ın basketbolçusu Buğrahan Tuncerin matç zamanı etdiyi hərəkətlər gündəm olub.

Sözügedən hadisə Türkiyə Basketbol Super Liqası çərçivəsində İzmirdə keçirilən oyun zamanı baş verib.

Oyunda "Qalatasaray" və "Karşıyaka" üz-üzə gəliblər. "Karşıyaka" sarı-qırmızılı komandadan doqquz xal öndə olub.

Beş qayda pozuntusu ilə oyundan kənarda qalan Tuncer əvvəlcə orta barmağını göstərib, daha sonra seksual xarakterli hərəkətlər edib. Onun bu hərəkətlərindən sonra tribunalardan reaksiyalar gəlib və matç dayandırılıb.

Qeyd edək ki, qarşılaşmada 97-82 hesabı ilə qalib gələn "Karşıyaka" yarımfinala yüksəlib.

Mənbə: takvim.com