"Liverpul"un baş məşqçisi oyundan sonra azarkeşlərə müraciət edib, mahnı oxudu

20
May
05:36
thumb_down 0

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Vulverhempton"la oyundan (2:0) sonra azarkeşlərə müraciət edib.

Qeyd edək ki, daha əvvəl Kloppun mövsüm bitdikdən sonra "Liverpul"u tərk edəcəyi məlum olub.

"İndi mən də sizdən biriyəm. Mən sizi çox sevirəm! Sağ olun! Siz dünyanın ən yaxşı komandasısınız! Təşəkkür edirəm!" - deyə Klopp bildirib.

Müraciətindən sonra Klopp azarkeşlərin ona həsr etdiyi mahnının sözlərini dəyişərək ifa etməyə başlayıb və bütün "Enfild"in "Liverpul"un yeni baş məşqçisini dəstəkləməsi üçün içindəki sözləri "Arne Slot" ilə əvəz edib.

Mənbə: BBC