Silvestr Stallone evliliyinin ildönümü şərəfinə həyat yoldaşı ilə toy şəkillərini paylaşıb - FOTO

20
May
05:54
thumb_down 0

77 yaşlı Silvestr Stallone və həyat yoldaşı Cennifer Flavin evliliklərinin 27-ci ildönümünü qeyd ediblər.

Nadir fotonu aktyor sosial şəbəkə hesabında paylaşıb.

Rokki Balboa obrazını canlandıran aktyor fotoya "Həyatımın eşqi ilə 27 il" şərhini yazıb.

Pərəstişkarları cütlüyü səmimi qəlbdən təbrik edib və bir neçə il əvvəl boşanma ərəfəsində evliliklərini xilas edə bildikləri üçün şad olduqlarını bildiriblər.

Xatırladaq ki, Stallone ilə Flavin arasında 22 yaş fərqi var.

Mənbə: peopletalk.ru