"Ferrari"lərin yarışı keçirildi: Saniyələr içində finişə çatdı - VİDEO

20
May
07:54
thumb_down 0

Dörd "Ferrari" modeli "drag racing" qaydalarına uyğun düz xətt üzrə yarışıb.

Yarışlara "Maranello Purosangue" superkrossoveri, təbii atmosferli V12 mühərriki ilə təchiz edilmiş 812 GTS, üç litrlik V6 ilə çalışan 296 GTB və kapotun altında dörd litrlik V8 ikiqat turbo mühərriki olan "SF90 Stradale" qatılıb.

Məsafəni ən tez 1 000 at gücünə malik hibrid "Ferrari SF90 Stradale" qət edib. Onu 830 at gücü ilə 296 GTB təqib edib. "Purosangue" təbii olaraq məsafəni 11,4 saniyəyə qət edərək finişə sonuncu çatıb. 812 GTS üçüncü (10,7 saniyə), 296 GTB (10,4 saniyə) ikinci olub. Lider "Ferrari SF90 Stradale" isə finişə 9,8 saniyə gəlib.

Həmin görüntüləri təqdim edirik:

"Ferrari"lərin yarışı keçirildi: Saniyələr içində finişə çatdı - VİDEO

"Ferrari"lərin yarışı keçirildi: Saniyələr içində finişə çatdı - VİDEO

Mənbə: championat.com