Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bəzi parklanma sahələri ləğv edilir?

20
May
12:18
thumb_down 0

"Körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ küçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün sxem tərtib edilib".

Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar paytaxtın "28 May", Sabit Orucov, Yeryomenko, Firuz Qəmbərov, Nizami, Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.

11:00

Bir neçə gündür Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar bağlanacağı barədə paylaşılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti bu gündən saat 17:00-dan etibarən məhdudlaşdırılacaq.

seher.media xəbər verir ki, Cavanşir körpüsü üzərindən hərəkət edən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib, hərəkətin müvəqqəti təşkilinə dair sxem hazırlanıb.

Səhər saatlarından paytaxtın Kövkəb Səfərəliyeva, Dilarə Əliyeva və 28 May küçələri yol kənarında park edilən avtomobillərdən təmizlənir. Nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə sözügedən ərazilərdə DYP əməkdaşları da xidmət aparırlar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.

Könül Cəfərli