Bu il peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb

20
May
12:54
thumb_down 0

Peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb, birinin isə işi prokurorluqdadır.

seher.media "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, bu il ərzində keçirilən monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb.

Belə ki, bir nəfərə şiddətli töhmət, dörd nəfərə töhmət verilib. İki nəfərə şifahi, üç nəfərə yazılı xəbərdarlıq edilib. Bir nəfərin məsələsi isə hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.