"Liverpul"a yeni məşqçi təyin edildi

21
May
02:54
thumb_down 0

Niderlandlı məşqçi Arne Slot İngiltərənin "Liverpul" futbol klubunun məşqçisi təyin edilib.

Bu barədə komandanın saytında məlumat dərc olunub.

Bildirilib ki, o, 2024-cü il iyunun 1-də vəzifəsinin icrasına başlayacaq. 45 yaşlı mütəxəssislə müqavilənin şərtləri barədə məlumat verilmir.

Qeyd olunub ki, o, hələ hazırda məşqçiliyini etdiyi Niderlandın "Feyenord" klubunu tərk etmək üçün razılıq əldə etməli olacaq.

Slot "Liverpul"un baş məşqçisi postunda alman Yurgen Kloppu əvəzləyib.

Beynəlxalq arenada Kloppun rəhbərliyi altında komanda Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Xatırladaq ki, o, hələ yanvar ayında mövsümün sonunda karyerasını başa vuracağını açıqlamışdı. Alman məşqçi 2015-ci ildən komanda ilə işləyir.

Mənbə: iz.ru