ŞƏT-in iclası bir dəqiqəlik sükutla başlayıb

21
May
11:36
thumb_down 0

Bu dəqiqlərdə Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

İclasda iştirak edən rəsmi şəxslər mayın 19-u helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, iclasda İranın mərhum xarici işlər nazirini onun müavini Mehdi Səfəri təmsil edir.

Mənbə: TASS

09:42

Bu gün Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında İranı Mehdi Səfəri təmsil edəcək.

Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının proqramında qeyd olunur.

Məlumat üçün əlavə edək ki, Mehdi Səfəri mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olan Hüseyn Əmir-Abdullahianın müavinidir.

Mənbə: Tasnim