Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib

21
May
11:54
thumb_down 0

"Uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib".

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov deyib.

Milli Koordinator bildirib ki, həmin əməllərdə şübhəli bilinən və ya belə cinayətə görə məhkum olunmuşlar isə məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər siyahısına daxil edilib:

"Yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əməli kimi müəyyənləşdirilib, bu cür məqsədlərlə uşaqların təqib edilməsinə görə qanunvericiliyə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib".