Toni Kros karyerasını nə zaman başa vuracağını elan etdi

21
May
16:54
thumb_down 0

"Real Madrid" klubunun yarımmüdafiəçisi Toni Kros 2024-cü ildə doğma vətəni Almaniyada təşkil ediləcək futbol üzrə Avropa çempionatından sonra karyerasını başa vuracağını elan edib.

34 yaşlı futbolçu bu barədə öz "Instagram" hesabında paylaşım edib.

T.Kros vurğulayıb ki, "Real Madrid" onun peşəkar karyerasında sonuncu klub olacaq.

"Qərarımı doğru vaxtda verə bildiyim üçün xoşbəxtəm və bununla fəxr edirəm. Məqsədim həmişə karyeramı imkanlarımın zirvəsində başa vurmaq olub", - deyə almaniyalı futbolçu bildirib.