Polşanın baş naziri Donald Tusk respublikadakı vəziyyətə "Rusiya və Belarusun təsirini" araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
"Mən 2004-2024-cü illərdə Polşa Respublikasının daxili təhlükəsizliyinə Rusiya və Belarusun təsirini araşdırmaq üçün xüsusi komissiyanın çağırılması barədə göstəriş verdim", - hökumət başçısı Nazirlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Komissiyanın sədri Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri general Yaroslav Strujik təyin edilib.
Mənbə: TASS