Bakıda ərəb turisti avtomobil vurub

22
May
08:18
thumb_down 0

Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşı avtomobil vuraraq xəsarət yetirib.

"Report"un məlumatına görə, rayonun Azadlıq prospektində avtomobil yolu keçən Səudiyyə Ərəbistanından olan 1997-ci il təvəllüdlü Marvaş Muhammad oğlu Kihanini vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.