Nigeriya ordusu yüzlərlə girovu əsirlikdən azad etdi

22
May
08:54
thumb_down 0

Nigeriya silahlı qüvvələri "Boko Haram" terror qruplaşmasının əlində olan 350 girovu xilas edib.

Silahlı qüvvələr əməliyyatı Kamerun-Niger sərhədi boyunca uzanan və yaraqlıların əsas gizləndiyi yer olan Sambisa meşəsində həyata keçirib.

Nəticədə hərbçilər 209 uşaq, 135 qadın və 6 kişini xilas edə biliblər. Azad edilənlər Borno əyalətinin paytaxtı Mayduquriyə aparılıb və orada mülki hakimiyyət orqanlarına təhvil verilib.

Əməliyyat zamanı qruplaşmanın bir neçə silahlısı məhv edilib.

Mənbə: TASS