Şəmkirdə kişi güllələndi, saxlanılan var

22
May
13:54
thumb_down 0

Şəmkirdə güllələnmə hadisəsi baş verib.

seher.media xəbər verir ki, hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb.

Kənd sakini 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan seher.media-a bildirilib ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinin həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyyən olunub. O, müvafiq sənədləri olan ov tüfəngi ilə birlikdə saxlanılaraq, istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Aytac Qasımova