Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasov Sumqayıtda dəfn olundu

23
May
13:18
thumb_down 0

Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 ildən sonra nəşinin qalıqları tapılan Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

seher.media xəbər verir ki, Azərbaycan Dövlət Himni səsləndirilib və yaylım atəşi açılıb.

Dəfndə şəhidin ailə üzvləri ilə yanaşı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyin nümayəndələri iştirak ediblər.

11:04

Birinci Qarabağ müharibəsində şəhid olmuş, 30 ildən sonra nəşinin qalıqları tapılan Elməddin Şirxan oğlu Abbasovla vida mərasimi keçirilir.

seher.media xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün ailəsinə təhvil verilib.

Qeyd edək ki, vida mərasimindən sonra şəhid Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli