İranın qəzada həlak olan XİN rəhbəri Hüseyn Əmir-Abdullahian dəfn edildi

23
May
14:54
thumb_down 0

Mayın 19-da helikopter qəzası nəticəsində həlak olmuş İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian torpağa tapşırılıb.

Dəfn mərasimi İranın Rey şəhərində yerləşən Şah Əbdüləzim türbəsində keçirilib.

Qeyd edək ki, Hüseyn Əmir-Abdullahian 2021-ci ilin avqustun 25-dən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi.

Mənbə: Tasnim