Qazax sakinlərinin yol problemi həllini tapır

23
May
19:18
thumb_down 0

Bir neçə gün əvvəl Qazax şəhərinin sakinləri mərkəz yolların olmasından şikayətçi idilər.

Nəriman Nərimanov, Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Babək və Fərrux Qayıbov küçələrinin istifadəyə yararsız olduğunu deyən şikayətçilər maşınlara ciddi ziyan dəydiyini, piyadaların, xüsusilə də havaların yağışlı, qarlı olduğu zaman bu yollardan istifadə edə bilmədiklərini qeyd etmişdilər.

seher.media narazılıqları nəzərə alaraq bununla bağlı yazı dərc etmişdi. Hazırda sözügedən yollar təmir olunur.