İstanbulda silahlı hücum: Ölənlər və yaralananlar var

23
May
22:54
thumb_down 0

İstanbulun Üsküdar rayonunda silahlı insident baş verib.

Kafeyə silahlı basqın nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

Daxil olan məlumata görə, Ünalan məhəlləsinin Ayazma küçəsində yerləşən kafedə naməlum şəxs və ya şəxslər tərəfindən tapançadan atəş açılıb.

Əraziyə polis və tibbi yardım qrupları göndərilib.

Mənbə: Haber Global