Bir əsrə şahidlik edən binaya niyə sahib çıxan yoxdur?

23
May
23:00
thumb_down 0
28

Bir əsrə şahidlik etmiş bina dağılmaq üzrədir.

seher.media xəbər verir ki, söhbət 1929-cu ildə Qazax rayonunda inşa edilmiş doğum evinin binasından gedir.

Məlumata görə, az qala 100 yaşı olan bu binanın məhv olmaqla yanaşı, həm də söküntüsü nəzərdə tutulub.

Qazax şəhəri, H.Əliyev prospektində yerləşən doğum evinin ərazisi 1,5 hektardır.

Qeyd edək ki, bir neçə il öncə regional qurumlar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həmin binanın tarixi-memarlıq abidəsi kimi qeydiyyata alınması ilə bağlı müraciət ediblər. Lakin bu günə kimi həmin bina dövlət qeydiyyatına alınmayıb.

Nərmin Muradova