İbrahim Rəisinin ölümü ilə bağlı araşdırmanın ilkin nəticələri açıqlandı - RƏSMİ

24
May
00:18
thumb_down 0

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edib.

Qəzaya uğrayan helikopterin qalıqlarında güllə və ya zərbə izlərinə rast gəlinməyib.

Bildirilib ki, nəqliyyat vasitəsi yalnız dağla toqquşduqdan sonra alovlanıb.

Qəzaya uğrayan helikopterin pilotu digər iki helikopterin pilotları ilə əlaqə saxlaya bilib.

Helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib.

Mənbə: TASS