Rollar sağlamlığımıza ziyandırmı?

24
May
05:36
thumb_down 0

Rolların hazırlandığı inqrediyentlər sağlamlığa faydalı ola bilər, lakin diabetli insanların diqqəlti olması çox vacibdir.

Bu barədə rusiyalı qastroenteroloq Lüdmila Suxorukova danışıb.

"Rollarda olan hər növ balıq zülallar, D vitamini, sağlam Omeqa yağ turşuları, fosfor, yod və maqneziumla zəngindir. Bu maddələr sümükləri gücləndirməyə və xolesterol səviyyəsini azaltmağa kömək edir", - deyə qastroenteroloq bildirib.

"Adətən rollara əlavə edilən zəncəfil maqnezium, kalium və mislə zəngindir. Bu məhsul əzələ ağrısını azaldır. Vassabi iltihab əleyhinə və xərçəng əleyhinə təsirlərə malikdir. Lakin rolları şəkərli diabet xəstələri yeməməlidir. Bu, onların hazırlanmasında şəkər və düyü sirkəsindən istifadə edilməsi ilə bağlıdır. Rollarda istifadə olunan düyü adi düyüdən fərqlidir: o, daha az qidalıdır, daha az protein və çoxlu karbohidratlara malikdir. Bundan əlavə, rolların həddindən artıq istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək yod artıqlığının yaranmasına səbəb ola bilər", - deyə Suxorukova əlavə edib.

Mənbə: Gazeta.ru