Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 100-dən çox insan həlak olub

24
May
10:18
thumb_down 0

Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 100-dən çox insan ölüb.

Qeyd olunur ki, həlak olanların hamısı Papua-Yeni Qvineyanın Kaokalam kəndinin sakinləridir.

İlkin məlumata görə, hadisə yerli vaxtla səhər saatlarında baş verib.

Hələlik ölənlərin sayı ilə bağlı rəsmi məlumat dərc edilməyib.

Sağ qalan sakinlər cəsədləri dağıntılar altından çıxarmağa başlayıblar. Lakin torpaq yığınında nəhəng daşların və ağacların olması axtarış işlərini çətinləşdirir.

Mənbə: ABC