19 nömrəli birləşmiş şəhər xəstəxanasında ÖZBAŞINALIQ - İDDİA

24
May
16:45
thumb_down 0

Redaksiyamıza müraciət edən bir qrup Lökbatan sakini 19 saylı xəstəxananın direktoru Elçin Hüseynovun insanların qəbul prosesini ləngitməsindən, xəstəxanada və tabeliyində olan 19 saylı poliklinikanın həkim kollektivinin rüşvət almasından narazılıqlarını bildiriblər. Xəstələrin UZİ və rentgen üçün 10-15 manat və s. bu kimi məcburi ödənişlər tələb olunur. Sözügedən xəstəxanada diabet xəstəliyindən əziyyət çəkən xəstələrin də incidilməsi faktı var.

Nazirlər Kabinetinin 13.05.2005 tarixli 87 saylı qərarı ilə bu xəstələr dövlət tərəfindən dərman və preparatlarla pulsuz təmin edilməlidir. 19 saylı xəstəxanada isə vəziyyət daha da acınacaqlıdır. Qanunla nəzərdə tutulmuş test-striplər, qanda şəkərin miqdarını müəyyən edən test çubuqları ayda bir dəfə verilməli (I tip şəkərli diabetlər və Şəkərli diabet tip 2 insulinə ehtiyacı olanlar) olduğu halda xəstəxana bu tələbi ödəmir və bundan xəstələr əziyyət çəkir.

Biz də öz növbəmizdə “SəhərMedia” olaraq qarşı tərəfi dinləməyə və cavablarını işıqlandırmağa hazırıq.