Qəzza zolağında daha üç israilli girovun cəsədi tapılıb

24
May
17:18
thumb_down 0

İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin HƏMAS hərəkatı tərəfindən 2023-cü il oktyabrın 7-də Qəzza zolağında qaçırılan daha üç girovun cəsədini tapıb.

Bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

"SAXAL və Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) birgə əməliyyatı nəticəsində daha üç girovun - Hanan Yablonka, Mişel Nisenbaum və Orion Hernandesin cəsədləri tapılaraq İsrailə gətirilib", - deyə məlumatda bildirilir.

Mətbuat Xidmətinin məlumatına görə, onlar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı həlak olublar, cəsədləri isə Qəzza zolağına aparılıb.

Qeyd edək ki, İsrail tərəfinin rəsmi məlumatlarına görə, Qəzza zolağında hələ də 125 girov saxlanılır, onlardan 39-nun öldüyü ehtimal edilir. Humanitar səylər və müxtəlif əməliyyatlar zamanı meyitləri anklavdan çıxarılanlar da daxil olmaqla indiyədək 131 girov HƏMAS əsirliyindən azad edilib.

Mənbə: REN TV