Ləğvetmə prosesində olan bankın kreditorlarına MÜRACİƏT

25
May
18:18
thumb_down 0

Mayın 29-dan etibarən ləğvetmə prosesində olan "Bank of Azerbaijan" ASC-nin müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əməkhaqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılacaq.

Bu barədə seher.media-a bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.

"Qanunvericiliklə bankların ləğv prosesinin bitməsi üçün konkret müddət müəyyən edilməsə də, fond tərəfindən qanunvericiliyin bu prosesə kompleks yanaşması nəzərə alınaraq ləğvetmənin mümkün qədər sürətli və effektiv şəkildə başa çatdırılması prinsipi əsas götürülməklə aparılmış məqsədyönlü iş və uğurlu fəaliyyət nəticəsində "Bank of Azerbaijan" ASC-nin ləğv prosesinin tamamlanması istiqamətində növbəti mühüm mərhələ başa çatıb. "Bank of Azerbaijan" ASC üzrə "Banklar haqqında" qanunun 82-ci maddəsi ilə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə əsasən ilk növbədə olan fondun reqres hüququ üzrə tələblərinin ödənilməsi tamamlanıb və növbəti ödəniş növbəsinə keçilib", - deyə ƏSF qeyd edib.

Bildirilib ki, "Bank of Azerbaijan" ASC 2016-cı il fevralın 1-də məhkəmənin qərarı ilə müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib. ƏSF tərəfindən həmin bankın qorunan əmanətçilərinə 24 milyon 206 min 716,38 manat məbləğində kompensasiya ödənilib.