Şəkidə 86 yaşlı kişi küçədə vəfat etdi

25
May
18:54
thumb_down 0

Şəkidə bədbəxt hadisə baş verib. Hadisə şəhərin mərkəzindəki Cümə məscidinin qarşısında qeydə alınıb.

Bizim.media-nın yerli bürosu xəbər verir ki, günorta saatlarında Şəki şəhərinin mərkəzi küçəsində dayanan sakin qəflətən vəfat edib.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb edilib. Lakin həkimlər gələnə kimi 86 yaşlı Ramazan Salmanov vəfat edib.

Həkimlər mərhumun yüksək təzyiqdən dünyasını dəyişdiyini güman edirlər. Faktla bağlı araşdırma aparılır.