Gürcüstanın baş naziri prezidenti vətənə xəyanətdə ittiham etdi

26
May
12:54
thumb_down 0

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.

"Xalqın və onun seçdiyi hökumətin birliyi, təsirli addımları bizə ekzistensial təhdidlərə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verib.

Müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır", - deyə Kobaxidze Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Baş nazirin vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir.

"Bu gün biz həmişəkindən daha çox bir-birimizə qayğı göstərməli və nifrətə qalib gəlməliyik, çünki düşmənçiliyin məhv etdiyi bağları yalnız sevgi ilə bərpa edə bilərik", - Kobaxidze deyib.

Mənbə: TASS